DÜNYA


Ukrayna Prezidenti postu uğrunda 44 namizəd mübarizə aparacaq

Kiyev, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydə alınması prosesini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Tatyana Slipaçuk bu barədə mətbuat konfransında məlumat verib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlardan 24-nün namizədliyi partiyalar tərəfindən irəli sürülüb.

Bu sayda namizədin qeydə alınması Ukraynanın prezident seçkiləri tarixində yeni rekord göstəricidir.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-nə təyin olunub. Namizədlərin heç birinin sadə səs çoxluğu (50 faiz+1 səs) qazana bilməyəcəyi təqdirdə, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.