DÜNYA


Ukrayna Prezidentinin birinci köməkçisinin avtomobili atəşə tutulub

Bakı, 22 sentyabr, AZƏRTAC

Naməlum şəxslər Kiyev ətrafında Ukrayna Prezidentinin birinci köməkçisi Sergey Şefirin avtomobilinə atəş açıblar.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, insident Lesniki kəndinin yaxınlığında baş verib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hərəkətdə olan avtomobilə avtomat silahdan 10-dan çox güllə atılıb, güllələrdən üçü sürücüyə dəyib. Ağır yaralanan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.

Şefir zərər çəkməyib və hazırda təhlükəsiz yerdədir. Siyasətçi hesab edir ki, atəş məhz ona açılıb.

Hadisə yerində operativ qrup işləyir, cinayətkarların tapılaraq tutulması üzrə əməliyyat başlayıb. Təhqiqata Ukrayna Təhlükəsizlik Xidməti də qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.