DÜNYA


Ukrayna Prezidentinin köməkçisi İranda təyyarənin qəsdən vurulmasını istisna etməyib

Kiyev, 14 yanvar, AZƏRTAC

Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsinin Tehran yaxınlığında qəsdən vurulmasını istisna etməyib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə “Ukraynskoy Pravda” qəzetinə müsahibəsində bildirib.

Qeyd edib ki, Ukrayna ekspertləri İranda bir neçə versiya üzərində işləyib, onlardan biri də təyyarənin raketlə vurulmasıdır.

“Deməliyəm ki, İran tərəfinin təyyarənin yanlışlıqla raketlə vurulduğunu etiraf etməsinə baxmayaraq, biz hələ bunun qəsdən və ya səhvən olduğunu araşdırırıq. Komissiya bütün versiyalara aydınlıq gətirmək üçün araşdırmalarını davam etdirir”, - deyə Yermak əlavə edib.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

İran tərəfi Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.