İDMAN


Ukrayna Prezidentinin mühafizəçiləri çoxnövçülük üzrə dünya çempionatında qalib gəliblər

Kiyev, 11 sentyabr, AZƏRTAC

Kiyevdə cangüdənlər arasında çoxnövçülük üzrə dünya çempionatı başa çatıb. Yarışda Ukrayna Prezidentinin təhlükəsizlik xidməti qızıl medala layiq görülüb.

AZƏRTAC Ukrayna Prezidenti ofisinin “Facebook” səhifəsində dərc olunmuş məlumata istinadla xəbər verir ki, qələbə uğrunda birinci şəxslərin ən yaxşı mühafizəçilərindən ibarət 26 komanda yarışırdı. Onlar kütləvi tədbirlərin piyada müşayiəti zamanı müdafiə texnikasını, birinci şəxsin təxliyə olunmasını, kütlə arasında hücumların dəf olunmasını, əlbəyaxa döyüş fəndlərini, partlayıcı maddələr axtarışını və ekstremal şəraitdə nəqliyyat vasitələrinin idarə edilməsi zamanı maneələrin aradan qaldırılması üsullarını nümayiş etdiriblər.

Çempionatda Belarus, Çin, Moldova, Bolqarıstan, Gürcüstan, Rumıniya, İordaniya və Serbiyanın mühafizə və hüquq-mühafizə idarələrindən, xüsusi xidmətlərdən, habelə bu ölkələrin prezidentlərinin təhlükəsizlik xidmətlərindən olan cangüdənlər də iştirak ediblər.

 

Rüstəm Məmmədov

AZƏRTAC

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.