SİYASƏT


Ukrayna Qarabağda atəşkəsi alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Kiyev, 11 noyabr, AZƏRTAC

Ukrayna Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan ilə Ermənistan arasında atəşkəs barədə razılaşma əldə edilməsini alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.

Ukrayna XİN-də qeyd ediblər ki, atəşkəsdən sonra növbəti addım regionda sabitliyin və həyat fəaliyyətinin bərpası olmalıdır. Münaqişənin tam nizamlanmasına nail olmaq üçün beynəlxalq səylər davam etdirilməlidir.

Nazirlikdə bildiriblər: “Ukrayna Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü daim və qeyd-şərtsiz dəstəkləyir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.