DÜNYA


Ukrayna Qış Olimpiya Oyunları tarixində üçüncü qızıl medalını qazanıb

Kiyev, 18 fevral, AZƏRTAC

Ukrayna “Pxençan-2018” Qış Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, ukraynalı Aleksandr Abramenko fristayl idman növü üzrə yarışda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.

Bu, Ukraynanın Qış Olimpiya Oyunları tarixində üçüncü qızıl medalıdır. Ukraynanın əvvəlki iki qızıl medalı 1994-cü və 2014-cü illərdə keçirilən olimpiadalarda əldə olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.