DÜNYA


Ukrayna Rusiya ilə viza rejiminin tətbiq olunması barədə qərar qəbul edib

Kiyev, 17 iyun, AZƏRTAC

Ukrayna Nazirlər Kabineti Rusiya Federasiyası ilə viza rejimi tətbiq etməsi barədə qərar qəbul edib. Yeni qaydalar bu il iyulun 1-dən qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bəyanatla çıxış edib.

"Biz nəhayət Rusiya ilə əlaqələri kəsirik. Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı çıxmaq üçün hökumət Ukrayna Prezidentinin göstərişlərini yerinə yetirərək yalnız Rusiya Federasiyası ilə vizasız rejimə dair müqaviləni ləğv etmək qərarına gəlib”, - deyə Şmıqal əlavə edib.

Baş nazirin qeyd etdiyi kimi, indi ruslar viza almadan Ukraynaya daxil ola bilməyəcəklər.

"Qərar bu il iyulun 1-dən qüvvəyə minir", - deyə Şmıqal bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.