DÜNYA


Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək

Bakı, 17 iyun, AZƏRTAC

Ukrayna iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyə başlayacaq.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında məlumat verib.

“Milli təhlükəsizliyə, dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə görünməmiş təhdidlərə qarşı əks-tədbirlər çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə gəlişi rejimi məsələsinə yenidən baxılmasını təklif etmişəm”, - deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, Nazirlər Kabineti Ukrayna hökuməti və RF hökuməti arasında müvafiq sazişin qüvvədən düşməsi barədə mühüm qərar qəbul etməlidir.

“Nazirlər Kabinetinin planlaşdırılan qərarına əsasən, Ukrayna 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək”, -deyə Prezident bildirib.

Son məlumata görə, Ukrayna hökuməti RF-lə vizasız rejimin qüvvədən düşməsi barədə qərarı artıq qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.