DÜNYA


Ukrayna Türkiyədən aviasiya bombasını daşıyan pilotsuz uçuş aparatı alır

Kiyev, 7 noyabr, AZƏRTAC

Ukrayna Türkiyədən özündə tank əleyhinə raket və aviasiya bombasını daşıya biləcək pilotsuz uçuş aparatı alır. Artıq bununla bağlı iki ölkə arasında rəsmi sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bayraktar TB2” adlanan uçuş aparatının alınması üçün Ukrayna və Türkiyə arasında iki ildir danışıqlar aparılıb. Bu müddət ərzində Ukrayna Müdafiə Nazirliyinin mütəxəssisləri Türkiyədə olaraq pilotsuz uçuş aparatını sınaqdan keçiriblər.

Bu dronun uçuş vaxtı uzun müddətlidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.