DÜNYA


Ukrayna XİN: Xarici ölkələrin həbsxanalarında 300-dək ukraynalı dənizçi cəza çəkir

Kiyev, 10 oktyabr, AZƏRTAC

Xarici ölkələrin həbsxanalarında 290-dan çox ukraynalı dənizçi cəza çəkir. Onlar qeyri-qanuni miqrant daşınmasında, partlayıcı əşyaların və tütün məmulatlarının üçüncü ölkəyə aparılmasında təqsirli biliniblər.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin konsulluq xidməti departamentinin direktoru Sergey Poqoreltsev məlumat verib. Onun sözlərinə görə, ukraynalı dənizçilər daha çox Yunanıstan, İtaliya, Fransa, İspaniya və Nigeriya sularında saxlanılıb.

“Ukrayna dənizçilərinin dünya sularında cinayətləri qlobal xarakter daşıyır və ölkələrin əksəriyyətində bu, aktual problemdir”, - deyə Sergey Poqoreltsev əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.