DÜNYA


Ukrayna bazarlarında qiymət artımı davam edir

Kiyev, 11 fevral, AZƏRTAC

Ukrayna bazarlarında bahalaşma, inflyasiya təbii qaz və elektrik enerjisinin qiymətinin artımı ilə bağlıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Aleksandr Oxrimenko söyləyib.

Onun sözlərinə görə, Ukraynada yanvarda inflyasiya 1 faiz təşkil edib. Təbii qaz və elektrik enerjisinin qiymətinin artmasına adekvat olaraq ölkə bazarlarında qiymət artımı davam edəcək.

Ekspert bildirib ki, 2018-ci ildə illik inflyasiya az proqnozlaşdırılsa da, 10 faiz olub.

Xatırladaq ki, yanvarda Ukraynada ərzaq 2,5 faiz, tərəvəz 17 faizə yaxın, meyvə 5 faiz, spirtli içki və tütün məhsullarının qiyməti isə 1,2 faiz artıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.