DÜNYA


Ukrayna büdcəsinin kəsiri 22 milyard dollara çatıb

Ukrayna büdcəsinin kəsiri 22 milyard dollara çatıb

Bakı, 2 dekabr, AZƏRTAC

2022-ci ilin on bir ayında Ukraynanın dövlət büdcəsinin kəsiri 22 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna mediası Maliyyə Nazirliyinə istinadla məlumat yayıb. Təkcə noyabr ayında büdcə kəsirinin 4,4 milyard dollar artdığı bildirilir.

Ukraynanın maliyyə nazirli Sergey Marçenkonun sözlərinə görə, Ukrayna büdcəsinin gəlir hissəsinin yalnız üçdəbiri daxili mənbələrdən, qalan üçdəiki hissəsi isə xarici qrantlar və kreditlərdən formalaşıb. Büdcə kəsiri ayda 5 milyard dollar olub. Lakin Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko büdcə kəsirini maliyyələşdirmək üçün ayda 9 milyard dollara ehtiyac olduğunu bildirmişdi.

Ukrayna Ali Radası 2023-cü ilin büdcəsini 38 milyard dollarlıq rekord kəsirlə qəbul edib. Büdcədə inflyasiya 28 faiz nəzərdə tutulub. Eyni zamanda, minimum əməkhaqqı və yaşayış minimumu dəyişməz qalıb və müvafiq olaraq 186 və 72 dollar təşkil edib. Büdcə layihəsinə əsasən, hərbi xərclər ÜDM-in 18 faizini keçəcək.

Prezident Volodimir Zelenski Qərbə Ukraynanın gələn il üçün 38 milyard dollarlıq büdcə kəsirini ödəməyi təklif edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.