DÜNYA


Ukrayna əhalisi son iki ildə 3 milyon nəfər azalıb

Kiyev, 19 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-iyul ayları ərzində Ukrayna əhalisinin sayı 162,9 min nəfər azalıb.

AZƏRTAC Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadla xəbər verir ki, avqustun 1-i vəziyyətinə ölkə əhalisinin sayı 41 milyon 990,3 min nəfər göstərilir. Bu, son iki ildə Ukrayna əhalisinin 3 milyon nəfər azalması deməkdir. 2017-ci ilin statistikasında Ukrayna əhalisi 44,83 milyon nəfər olub. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 51 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min əhali olub.

Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Təkcə 2018-ci ildə Ukrayna əhalisi 233 min nəfər azalıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.