Ukrayna əhalisinin sayı il ərzində 300 min nəfər azalıb
AzerTAg.az
Kiyev, 19 fevral, AZƏRTAC
Ukrayna əhalisinin sayı 2020-ci il ərzində 300 min nəfər azalıb: 616.835 nəfər ölüb, cəmi 293.457 nəfər doğulub.
AZƏRTAC xəbər verir ki, bu mənfi tendensiya Ukrayna Dövlət Statistika Xidmətinin məlumatında göstərilir.
Məlumatda daha sonra qeyd olunur ki, 2020-ci il ərzində ölkədə ölənlərin sayının 2019-cu illə müqayisədə 1044 nəfər az olmasına baxmayaraq, 2020-ci ilin sonunda (noyabr-dekabr) ölüm halları xeyli artıb.
2020-ci ilin sonunda ölüm hallarının kəskin artımına COVID-19 virusunun ikinci dalğası əhəmiyyətli dərəcədə təsir edib. Həmin dövrdə koronavirusa yoluxmalar pik nöqtəyə çatıb.
Pandemiya müddətində Ukraynada koronavirusdan ölənlərin sayı 24.972 nəfər təşkil edir.
Rüstəm Məmmədov
Kiyev

Xəbərin mətnində orfoqrafik səhv var