DÜNYA


Ukrayna əleyhinə internetdə təbliğat aparan 49 nəfər məsuliyyətə cəlb edilib

Kiyev, 9 yanvar, AZƏRTAC

2018-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Ukrayna əleyhinə internetdə təbliğat apardığı üçün 49 nəfəri məsuliyyətə cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə UTX-nin rəsmi saytında məlumat yayılıb. Hesabat ilində bu fəaliyyətə görə 360 kiber hadisə aşkarlanaraq bloklanıb.

Məlumatda qeyd edilib ki, 49 sosial şəbəkə istifadəçisindən 29-u Ukraynaya qarşı təbliğata görə şübhəli elan edilib, 20 nəfəri barədə məhkəmə hökmü çıxarılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.