DÜNYA
Ukrayna ərazisinə İran istehsalı kamikadze dronlarla hücum edilib
Kiyev, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-na keçən gecə Rusiya qoşunları İranın “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib. Hava hücumundan müdafiə qüvvələri 15 pilotsuz təyyarədən 10-nu vurmağa nail olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Dekabrın 10-na keçən gecə rus ordusu İran istehsalı olan “Şahed-136/131” kamikadze dronları ilə Ukraynanın cənubuna hücum edib. Düşmənin 10 kamikadze pilotsuz təyyarəsi Xerson, Nikolayev və Odessa vilayətləri üzərində vurulub”, - deyə məlumatda qeyd edilir.
"Cənub" Əməliyyat Komandanlığının yaydığı məlumata görə isə dronların bəziləri Odessa vilayətində enerji infrastrukturu obyektlərinə zərbələr endirib, xeyli ziyan dəyib və minlərlə istehlakçı elektrik enerjisiz qalıb.
Xilasetmə xidmətlərinin işi davam edir. Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]