SİYASƏT


Ukrayna gəncləri “Xocalıya ədalət!” aksiyası keçiriblər

Kiyev, 27 fevral, AZƏRTAC

Ukrayna gəncləri sosial şəbəkələrdə “Xocalıya ədalət!” aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada məqsəd Azərbaycan xalqının tarixindəki faciəli səhifə, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların məruz qaldığı etnik təmizləmə barədə ukraynalıları məlumatlandırmaqdır.

Aksiyanın təşəbbüskarı, ukraynalı fəal və ictimai xadim Marina Qonçaruk Dağlıq Qarabağ münaqişəsinə həsr olunan layihələrdə ukraynalı gənclərin artıq bir neçə ildir ki, iştirak etdiyini vurğulayıb. O deyib: “Xocalı qətliamı barədə tədbirlər Ukraynada hər il keçirilir, ukraynalı gənclər də məruzələr, çıxışlar hazırlayır, Xocalı soyqırımının qurbanlarının xatirəsinə şeirlər yazırlar. Tələbələr öz universitetlərində divar qəzetləri hazırlayırlar. Bu, çox mühümdür ki, Ukrayna gəncləri tarixi həqiqətlər barədə yaxşı məlumatlandırılıb və bu reallıqların Ukrayna cəmiyyətinə çatdırılmasında iştirak edirlər”.

Tələbə Darya Ponomarenko deyib: “Biz ədalətin və ümumbəşəri dəyərlərin tərəfindəyik. Biz Azərbaycan xalqının dərdinə şərik olur və bu vəhşi cinayəti törədənlərin cəzalandırılmasına çağırırıq”.

Roman Popov bildirib: “Bu cür aksiyalar etnik zəmində törədilən cinayətlərin nə dərəcədə dəhşətli olmasını xatırlatmağa imkan verir. Belə soyqırımların gələcəkdə bir daha təkrarlanmaması üçün bütün səylərimizi səfərbər etməliyik”.

David Qogiya vurğulayıb: “Xocalı faciəsi bizə xatırladır ki, belə cinayətləri törədə bilə olan insanlar hələ də mövcuddur. Biz əlimizdən gələni etməliyik ki, daha çox insan etnik təmizləmələri fəal və açıq şəkildə pisləsin və cinayətkarların cəzalandırılmasına səsləsin”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.