DÜNYA


Ukrayna hakimiyyət orqanlarının saytlarına qarşı 65 kiber-hücumun qarşısı alınıb

Kiyev, 3 avqust, AZƏRTAC

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Kiber-təhlükəsizlik üzrə Vəziyyət Mərkəzinin əməkdaşları iyulda ölkənin hakimiyyət orqanlarının saytlarına qarşı 65 kiber-hücumun qarşısını alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə UTX-nin saytı məlumat yayıb.

Kiber-hücumların əsas növləri arasında əmr və idarəetmə serverlərinə qoşulma, icazəsiz giriş əldə etmək cəhdləri, veb-məlumatlara hücumlar, zərərli proqramlar üstünlük təşkil edib. İyulda 31 mindən çox kritik informasiya təhlükəsizliyi hadisəsinin təhlili sayəsində dövlət qurumlarının saytlarına edilən kiber-hücumları müəyyənləşdirmək və qarşısını almaq mümkün olub.

“Potensial kritik hadisələr birbaşa təhlükəsizlik analitikləri tərəfindən işlənir. Bu da milli kiber-məkandakı təhdidləri qısa vaxtda müəyyən etməyə, onlara reaksiya verməyə və qarşısını almağa imkan verir”, - deyə UTX-nin məlumatında bildirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.