İQTİSADİYYAT


Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 390,76 milyon ABŞ dolları təşkil edib

Bakı, 20 oktyabr, AZƏRTAC

2017-ci ilin 7 ayı ərzində Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 390,76 milyon ABŞ dolları olub. Bu bütövlükdə 2016-cı ilin göstəricilərindən 20 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv Bakıda keçirilən Azərbaycan-Ukrayna işgüzar görüşündə jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışan Baş nazirin birinci müavini bildirib ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri bu əməkdaşlığın fəallaşmasına təkan verib.

Stepan Kubivin sözlərinə görə, ölkələrimiz arasında energetika, nəqliyyat, təhsil və turizm sahələrində, habelə hərbi-texniki sahədə əməkdaşlıq fəal inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.