CƏMİYYƏT
Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu
Kiyev, 25 oktyabr, AZƏRTAC
Ukrayna qış vaxtına keçib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin qərarı ilə oktyabrın son bazar günündə – ayın 25-də gecə saat yerli vaxtla 04:00-da saatların əqrəbləri bir saat geri çəkilib.
Bununla da Azərbaycan ilə Ukrayna arasındakı vaxt fərqi iki saat olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev