DÜNYA


Ukrayna ilə İsveç müdafiə sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalayıblar

Kiyev, 5 iyul, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə ilk dəfə səfər edən İsveçin Baş naziri Maqdalena Anderssonla görüşüb.

AZƏRTAC xəbər verir ki, Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderssonla görüşməyinə şad olduğunu bildirib.

“Bu, onun Kiyevə ilk səfəridir və çox məhsuldardır”,- deyə V. Zelenski “Telegram” səhifəsində yazıb.

V. Zelenski ukraynalılarla həmrəylik nümayiş etdirdiyinə və gələcəkdə Avropa İttifaqına tam üzv olmaq istiqamətində Ukraynanın kursunu dəstəklədiyinə görə M. Anderssona təşəkkür edib.

Görüşdən sonra Ukrayna və İsveç Krallığı müdafiə sahəsində əməkdaşlıq, nüvə enerjisi, enerji səmərəliliyi və Ukraynaya maliyyə dəstəyi sahələrində birgə əməkdaşlıq haqqında birgə bəyanat imzalayıb.

Bunu Volodimir Zelenski Kiyevdə İsveçin Baş naziri Maqdalena Anderssonla keçirdiyi brifinqdə deyib.

“Bu gün biz birgə bəyanatla bağlı razılığa gəldik. Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlər tarixində ilk sənəddir. Birgə bəyanatda hər iki dövlətimiz üçün əsas məsələlər öz əksini tapıb. Xüsusilə, bu, müdafiə sahəsində əməkdaşlıq, nüvə enerjisi, enerji səmərəliliyi, Ukraynaya maliyyə dəstəyi sahələrində sektor əməkdaşlığına aiddir”, -deyə Ukrayna Prezidenti qeyd edib.

Xatırladaq ki, Maqdalena Andersson səfər çərçivəsində müharibə dönəmində ən çox dağıntıya məruz qalan Buça və Borodyankada olub.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.