İQTİSADİYYAT


Ukrayna iş adamlarının Azərbaycana səfəri planlaşdırılır

Kiyev, 3 sentyabr, AZƏRTAC

Biz dost və qardaş Azərbaycanla iqtisadi, ticari, elmi və mədəni əlaqələrin inkişafına böyük önəm veririk. Mən özüm Bakıda doğulub böyümüşəm. Son illər bir neçə dəfə Azərbaycanda olmuşam. Hər gedişimdə Bakının və digər şəhərlərin necə sürətlə inkişaf etdiyinin şahidi oluram.

Bu fikri AZƏRTAC-a açıqlamasında Sumı Vilayət Deputatlar Şurasının sədri Vladimir Tokar deyib.

Onun sözlərinə görə, Azərbaycanda müasir istehsal müəssisələri tikilib istifadəyə verilib. Bu baxımdan Sumı vilayətində fəaliyyət göstərən iş adamlarının Azərbaycana səfərinin təşkili planlaşdırılır.

V.Tokar qarşılıqlı işbirliyinin ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.