SİYASƏT


Ukrayna jurnalında Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs olunub

Kiyev, 22 mart, AZƏRTAC

Ukraynanın "Час перших" (“Birinci vaxt”) jurnalında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin müsahibəsi dərc olunub. Jurnalın “Diplomatiya” bölməsində dərc olunan müsahibədə səfir ölkələrimiz arasında qarşılıqlı münasibətlərin geniş tarixi spektrini təqdim edib, həyata keçirilən birgə layihələrdən, həmçinin Azərbaycanda turizmin inkişafından bəhs edib.

AZƏRTAC xəbər verir ki, səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə ətraflı danışıb. Bildirib ki, Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunub. Bu problem indiyədək sülh yolu ilə həllini tapmayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün haqlı mübarizəsini davam etdirəcək.

Azərbaycanın iri enerji layihələrinin müəllifi olduğunu qeyd edən A.Xudiyev əlavə edib ki, bu gün Prezident İlham Əliyevin uğurlu enerji siyasəti dünyada enerji təhlükəsizliyinin güclənməsinə öz töhfəsini verməkdədir.

Müsahibədə ən yaxın perspektivdə Azərbaycan və Ukrayna arasında siyasi və iqtisadi münasibətlərin inkişafı məsələlərindən də bəhs olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.