DÜNYA


Ukrayna koronavirusa görə Çinlə birbaşa hava uçuşlarını dayandırır

Kiyev, 28 yanvar, AZƏRTAC

Koronavirusun yayılma riski artdığına görə fevralın 3-dən Ukrayna Çinlə birbaşa hava uçuşlarını dayandıracaq. AZƏRTAC xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Ukrayna Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsini icra edən İqor Kuzin məlumat verib. Onun sözlərinə görə, Çində yayılan virusla bağlı vəziyyət stabilləşənə qədər Ukrayna ilə bu ölkə arasında birbaşa hava reysi həyata keçirilməyəcək.

Xatırladaq ki, Borispol hava limanında Çindən birbaşa reyslə gələn sərnişinlər koronavirusun yayılması ilə əlaqədar temperatur müayinəsindən keçirlər.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.