CƏMİYYƏT


Ukrayna məscidlərində 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub

Kiyev, 27 sentyabr, AZƏRTAC

Ukraynada fəaliyyət göstərən məscidlərdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, Ukrayna məscidlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların ruhuna dualar oxunub, vəhdət namazı qılınıb, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib. Dindarlar gün ərzində qılınacaq bütün namazlarda şəhidlərimizin xatirəsini yad edəcəklər.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başlamasına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququndan istifadə edib öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində 2907 hərbi qulluqçu şəhid olub, 7 nəfər itkin düşüb. Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı törətdiyi hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.