SİYASƏT


Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb

Kiyev, 28 fevral, AZƏRTAC

Ukraynanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalələri geniş dərc edib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın “tsn.ua”, “dialog.ua”, “podrobnosti.ua”, “korrespondent.ua”, “polemika.ua” və digər xəbər portalları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Məqalələrdə dövlətimizin başçısının Azərbaycan və Ukrayna arasında əməkdaşlıq, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın verdiyi böyük itkilər barədə açıqlamaları da öz əksini tapıb.

Bundan başqa işğaldan azad olunan ərazilərdə Azərbaycanın yeni beynəlxalq hava limanlarının tikintisinə başlaması, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dili olduğundan, bunun Qarabağ bölgəsində də tətbiq ediləcəyinə dair ölkə başçısının fikirləri də Ukrayna mətbuatında yer alıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.