SİYASƏT


Ukrayna mətbuatı: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı

Kiyev, 19 oktyabr, AZƏRTAC

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünü işğalçılardan azad etməsi barədə materiallar yayıb.

AZƏRTAC xəbər verir ki, Ukrinform informasiya agentliyində, “QORDON”, “Segodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bununla bağlı özünün rəsmi “Twitter” səhifəsində yazdığı statusu qeyd edilib.

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - deyə Ukrayna mətbuatı Azərbaycan Prezidentinə istinadla yazıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.