SİYASƏT


Ukrayna mətbuatında Ermənistanın təxribatına dair məqalələr yayılıb

Kiyev, 13 iyul, AZƏRTAC

Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutması barədə Azərbaycan tərəfinin yaydığı rəsmi məlumatı dərc edib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət informasiya agentliyi olan Ukrinform, “RBK-Ukrayna”, tsn.ua saytlarında dərc edilən yazılarda Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və ərazilərin Azərbaycan Ordusunun nəzarəti altında olması vurğulanır.

Eyni zamanda bütün mənbələrdə Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun məhz Azərbaycan ərazisi olması və Ermənistan tərəfindən işğal edilməsi faktı qeyd edilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.