CƏMİYYƏT


Ukrayna müsəlmanları Qurban bayramını qeyd edirlər VİDEO

Kiyev, 11 avqust, AZƏRTAC

Ukrayna müsəlmanları Qurban bayramını qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, Kiyevdəki İslam Mərkəzinin məscidində bayram namazı qılınıb, dualar edilib. Dörd mindən artıq müsəlmanın qatıldığı bayram namazında digər ölkələrin vətəndaşları ilə yanaşı, azərbaycanlılar da iştirak ediblər.

Müsəlman ölkələrin səfirlərinin də qatıldığı bayram namazından sonra jurnalistlərə açıqlama verən Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri müfti Şeyx Əhməd Təmim bildirib ki, dünyada sülhün bərqərar olması üçün dualar edilib. O deyib: “Biz istəyirik ki, bütün dünyada olduğu kimi, Ukraynada da sülh və əmin-amanlıq bərqərar olsun.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.