SİYASƏT


Ukrayna portalında AZƏRTAC-ın xüsusi müxbirinin ulu öndər Heydər Əliyev haqqında məqaləsi dərc olunub

Bakı, 10 may, AZƏRTAC

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı məqaləsi Ukraynanın “FAKT” portalında dərc edilib.

“Heydər Əliyev şəxsiyyəti - müasir Azərbaycanın memarı” sərlövhəli məqalədə müəllif vurğulayır ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü ölkənin inkişafının ən şanlı səhifələrindəndir. Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Heydər Əliyev xalqın təkidi ilə rəhbərliyə gələrək fəlakətin qarşısını aldı.

Müəllif qeyd edir ki, Ulu Öndərin strateji tərəfdaşlıq xətti nəticəsində Azərbaycan tez bir zamanda nəinki MDB məkanında, eyni zamanda, dünya ölkələri ilə əlverişli iqtisadi və siyasi əlaqələr qurdu. Onun böyüklüyü dünya tərəfindən tanınıb.

Məqalədə daha sonra vurğulanır ki, dahi lider Heydər Əliyev Azərbaycanla fəxr edirdi. Heydər Əliyev şəxsiyyəti tükənməz və hər zaman öyrənilən bir dünyadır. Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ölkənin inkişafı üçün böyük işlər görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.