DÜNYA


Ukrayna prezidenti bir gündə 71 rayon administrasiyası rəhbərini işdən çıxarıb

Bakı, 10 iyul, AZƏRTAC

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 9-da 71 rayon dövlət administrasiyası rəhbərini işdən çıxarıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.

Buna səbəb kimi Ukraynanın beşinci prezidenti Petro Poroşenkonun səlahiyyət müddətinin bitməsi göstərilir.

Vladimir Zelenskinin mətbuat xidmətinin məlumatına əsasən, Vinnitsa vilayətində 10, Volınsk vilayətində 8, Donetsk vilayətində 3, Dnepropetrovsk vilayətində 1, Jitomir vilayətində 2, Zakarpat vilayətində 3, Kirovoqrad vilayətində 10 və Lvov vilayətində 5 rayon dövlət administrasiyasının rəhbəri işdən qovulub.

Bir qədər əvvəl Zelenski hökumətin razılığı ilə vilayət dövlət administrasiyasının əksər rəhbərini işdən çıxararaq yenilərini təyin etmişdi. Prezident komandasından verilən məlumata əsasən, administrasiya rəhbərlərinin seçilməsi şəffaf müsabiqə yolu ilə olmalı idi. Lakin sonradan vaxt çatışmazlığı səbəbindən bu ideyadan imtina edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.