İQTİSADİYYAT
Ukrayna şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Bakı, 1 avqust, AZƏRTAC
Ukraynanın "Mexanobrçermet" ETLİ İSC şirkəti Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizin sahibkarları ilə əməkdaşlıq etmək niyyətində olan şirkət təbii xammalın emalı üzrə texnologiyaların hazırlanması və tətbiqində ixtisaslaşdırılmış böyük elmi-texniki mərkəzdir. "Mexanobrçermet" ETLİ İSC-nin fəaliyyətinə obyektlərin qara və rəngli metal filizlərinin, filiz olmayan xammal və konsentratlarının parçalanması, zənginləşdirilməsi, aqlomerasiyası üzrə işlər aiddir. Əməkdaşlıqda maraqlı olan iş adamları və sahibkarlar Ukraynanın ölkəmizdəki səfirliyinə və "Mexanobrçermet" ETLİ İSC-yə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:31]
Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]