DÜNYA


Ukrayna: Tank koalisiyasına 12 dövlət qoşulub

Ukrayna: Tank koalisiyasına 12 dövlət qoşulub

Bakı, 27 yanvar, AZƏRTAC

Rusiyanın növbəti genişmiqyaslı raket hücumundan sonra Ukraynaya tank göndərməyi qərara alan Qərb ölkələrinin sayı artıb.

AZƏRTAC xəbər verir ki, Kanadanın müdafiə naziri Anita Anand Ottavanın Kiyevə dörd “Leopard 2” tankı, həmçinin sursat və ehtiyat hissələri göndərəcəyini elan edib. Kanadanın bu qərarından sonra tank koalisiyasına qoşulan dövlətlərin sayı 12-yə çatıb.

Dəstəyə görə koalisiya iştirakçılarına təşəkkür edən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket zərbələrini yalnız adekvat silahlarla dayandırmağın mümkün olacağını bildirib.

Fransa Prezidenti Emmanuel Makron isə Ukraynaya silah tədarükündə “Leclerc” tankları da daxil olmaqla, heç bir variantı istisna etmədiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.