SİYASƏT


Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb VİDEO

Kiyev, 2 mart, AZƏRTAC

Ukraynanın nüfuzlu “İnter” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları barədə sitatları yer alıb. Azərbaycan Prezidentinin sitatlarına istinadla qeyd edilir ki, Azərbaycan Ordusunun Şuşa əməliyyatı barədə detallar məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək. Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı xüsusi qeyd olunmalıdır.

Ukraynalı jurnalist tamaşaçılara Ağdam şəhərindən görüntülərini - tarixi, dini abidələrin, yaşayış binalarının ermənilər tərəfindən necə məhv olunduğu da nümayiş etdirib. Bildirib ki, həmin ərazilərdə minalanmış sahələrdən başqa heç nə qalmayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.