SİYASƏT


Ukrayna telekanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışılıb

Kiyev, 11 oktyabr, AZƏRTAC

Ukraynada yaşayan soydaşımız tarixçi Eldar Tağıyev “OTB Dnepr” kanalında yayımlanan jurnalist Fidel Suxonisin verilişində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə geniş məlumat verib.

AZƏRTAC xəbər verir ki, diaspor fəalı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində 26 ildən artıqdır, Azərbaycanın 20 faiz ərazisinin hələ də işğal altında qaldığını vurğulayıb. Qeyd edib ki, BMT-nin qətnamələrinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir.

E.Tağıyev verilişdə azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası, Ukraynada böyüyən gənclərimizin bu dövlətin quruculuğunda fəal iştirakı, diasporumuzun bu sahədə rolu və digər məsələlərə də ətraflı toxunub.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.