DÜNYA


Ukrayna tərəfdaşlarından 24 döyüş təyyarəsi almağı gözləyir

Ukrayna tərəfdaşlarından 24 döyüş təyyarəsi almağı gözləyir

Kiyev, 28 yanvar, AZƏRTAC

Ukrayna tərəfdaşlarından 24 ədəd müasir döyüş təyyarəsi almağı gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu İspaniyanın “El Pais” nəşrinə açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat söyləyib.

İqnat bildirib ki, söhbət hər birində 12 təyyarədən ibarət iki batalyondan gedir.

Onun sözlərinə görə, ABŞ-ın “F-16” qırıcıları Ukrayna üçün prioritetdir. Bununla belə, Fransanın “Rafale” döyüş təyyarəsi və İsveçin “Gripen”i də seçim kimi nəzərdən keçirilir.

Hərbi Hava Qüvvələrinin sözçüsü qeyd edib ki, mürəkkəb siyasi müzakirələr və təyyarələrin təhvil verilməsi ilə bağlı qərarlardan başqa, Ukrayna dərhal döyüş meydanında müasir qırıcılara arxalana bilməyəcək. İqnat hesab edir ki, pilotların və yerüstü dəstək qruplarının hazırlanması üçün ən azı altı ay vaxt lazımdır.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.