SİYASƏT


Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Kiyev, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası çərçivəsində Ukrayna və Azərbaycan Xarici İşlər nazirlərinin müavinləri Vasili Bodnar və Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna və Azərbaycan arasında strateji əməkdaşlığın perspektivləri müzakirə olunub. İki ölkənin Xarici İşlər nazirlikləri arasında intensiv məsləhətləşmələrin aparılmasının önəmi vurğulanıb. Bundan başqa, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin səmərəliliyi qeyd edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.