MƏDƏNİYYƏT
Ukrayna və Belarus opera ulduzları Bakıda çıxış edəcək
Bakı, 15 noyabr, AZƏRTAC
Dekabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası növbəti dəfə nümayiş olunacaq. Bu dəfə operasevərlər Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifasında seyr edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində, həmçinin Ukrayna Milli Operasının solisti, Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko, habelə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Gülnaz İsmayılova, Əliəhməd İbrahimov, solistlərdən Nina Makarova və Tural Ağasıyev çıxış edəcək.
Operanı Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]