SİYASƏT


Ukrayna və Belarusun aparıcı KİV-ləri Xəzərin statusuna dair Konvensiyanın imzalanmasına geniş yer veriblər

Kiyev, 13 avqust, AZƏRTAC

Ukrayna və Belarusun aparıcı informasiya agentlikləri avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını geniş işıqlandırıblar.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Ukrinform, UNİAN, Belarusun BELTA, Sputnik informasiya agentliklərində yayımlanan məqalələrdə Xəzərin statusunun müəyyənləşdirilməsi tarixi uğur kimi qiymətləndirilib.

Bildirilib ki, Konvensiyaya əsasən, Xəzər dənizində potensial olaraq böyük neft və qaz ehtiyatlarının bölünməsi əksini tapıb. Dövlət başçıları ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq.

Xəzər dənizinin enerji ehtiyatları tərəflər arasında imzalanacaq növbəti müqavilələrə uyğun olaraq bölünəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.