İDMAN
Ukrayna və Rusiya gimnastları “Bakı 2019”da fərqləniblər
Bakı, 27 iyul, AZƏRTAC
Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında Ukrayna və Rusiya atletləri qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, kişi gimnastların paralel qollarda çıxışında ukraynalı İlya Kovtun 14,600 xalla bütün rəqiblərini qabaqlayaraq festivalın qalibi olub. Onun komanda yoldaşı Vladimir Kostyuk (14,300 xal) gümüş, Macarıstan təmsilçisi Kristian Balaj (13,566) isə bürünc medal qazanıblar.
Qadınların sərbəst hərəkətlərdə yarışlarında isə rusiyalı Viktoriya Listunova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atlet çıxışına görə, hakimlərdən 14,066 xal alıb. İlk üçlüyü Rumıniya təmsilçiləri İoana Stankiulesku (13,633 xal) və Silviana-Mariya Sfirinqu-Qeorqe (13,400) tamamlayıblar.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]