DÜNYA
Ukrayna və Rusiya həlak olan hərbçilərin cəsədlərinin növbəti mübadiləsini həyata keçiriblər
Kiyev, 16 avqust, AZƏRTAC
Avqustun 16-da Ukrayna və Rusiya həlak olan hərbçilərin növbəti mübadiləsini həyata keçiriblər. Proses zamanı Ukrayna müharibə zamanı həlak olan 19 hərbçinin cəsədini geri qaytarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
"Həlak olan hərbçilərin meyitlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 19 müdafiəçisinin cəsədini geri qaytarıb. Əməliyyat itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenok və bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində həyata keçirilib”, - deyə məlumatda vurğulanır.
Qeyd olunub ki, cəsədlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun baş verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]