Ukrayna və Türkiyə xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə edib
AzerTAg.az

Kiyev, 13 fevral, AZƏRTAC
Ukrayna və Türkiyə xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı apardığını qeyd edib. Nazir bildirib ki, telefon danışığında, xüsusilə Azov və Qara dənizlərindəki vəziyyət müzakirə edilib.
Həmçinin Ukrayna və Türkiyənin xarici işlər nazirləri Ukrayna sərhədində gərginliyi azaltmağın diplomatik yollarını müzakirə ediblər.
“Mən Ankaranın fəal səylərini alqışlayıram. Biz Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişafını da müzakirə etdik”, - deyə Dmitri Kuleba əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var