DÜNYA


Ukrayna yeni raketdaşıyıcısını sınaqdan keçirib

Kiyev, 25 avqust, AZƏRTAC

Ukrayna dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə ilk dəfə olaraq orta sinfə aid “Tsiklon-4” raketdaşıyıcısını sınaqdan keçirib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, “Tsiklon-4” vasitəsilə peykləri hədəf nöqtəsinə buraxmaq mümkün olacaq. Sınaq uğurla həyata keçirilib, raketdaşıyıcısının bütün sistemləri normal işləyib.

Ukraynalı mütəxəssislər bundan sonra “Tsiklon-4M” yeni raketdaşıyıcısının modelinin hazırlıqlarına başlayacaq.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.