DÜNYA
Ukrayna yeni reaktiv yaylım atəş sistemini təqdim edib
Kiyev, 9 oktyabr, AZƏRTAC
Kiyevdə keçirilən beynəlxalq hərbi sərgidə Ukraynanın yeni BM 21 “Berest” reaktiv yaylım atəş sistemi təqdim edilib.
AZƏRTAC “Ukroboronproma”nın mətbuat xidmətinə istinadən məlumat verir ki, 122 mm çaplı bu atəş sistemi “Qrad”da nisbətən 10 ədəd çox, 50 mərmi atır. Qurğunu idarə edən maşın rəqəmsal sistemlə təchiz olunub.
Ümumiyyətlə, "Qrad" ilə müqayisədə "Berest" atəş dəqiqliyinə, rəqəmsal idarəetmə sistemlərinə inteqrasiyaya, daha çox mobilliyə və digər üstünlüklərə malikdir, eyni zamanda, atəş açmağa az vaxt tələb edir.
"Berest”in bütün komponentlərinin Ukraynada istehsal olunduğu nəzərə alınaraq, analoji qiymətlərlə müqayisədə onun daha ucuz başa gələcəyi qeyd edilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]