DÜNYA
Ukrayna yumşaldılmış karantin rejiminə keçir
Kiyev, 24 yanvar, AZƏRTAC
Ukraynada koronavirusun kütləvi yayılmasına görə yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi yanvarın 25-i 00:00-dan ləğv edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Bununla da Ukraynada martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilmişdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [23:33]
Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]