ELM VƏ TƏHSİL


Ukraynada 12 min azərbaycanlı tələbə təhsil alır

Kiyev, 8 oktyabr, AZƏRTAC

Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının sayı artan temp üzrə davam edir. Bu barədə AZƏRTAC-a Ukrayna Təhsil və Elm Nazirliyindən məlumat verilib.

Məlumata görə, hazırda Ukrayna ali təhsil ocaqlarında 12 min Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycanlılar ən çox Kiyev və Xarkov şəhərlərində təhsil alırlar.

Bildirilib ki, son 5 ildə Ukraynada təhsil alan azərbaycanlıların sayı təxminən 3 min nəfər artıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.