DÜNYA


Ukraynada 2021-ci illə müqayisədə bu il iki dəfə az məhsul gözlənilir

Bakı, 19 may, AZƏRTAC

Ukraynada ötən illə müqayisədə 2022-ci ildə kənd təsərrüfatı məhsulunun iki dəfə az olacağı gözlənilir.

AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin aqrar siyasət və ərzaq naziri Nikolay Solski Birləşmiş Ştatların təşkil etdiyi Ərzaq Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib.

Nazir, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən növbəti qış əkin kampaniyasının təhlükə altında olduğunu vurğulayıb. Onun sözlərinə görə, dünya bir ton buğdanın qiymətinin 700 dollara qalxmasına hazırlaşmalıdır. “Bu vəziyyət xüsusən Ukraynadan taxıl idxal edən Asiya və Afrika ölkələri üçün daha kritik olacaq”, - deyə Nikolay Solski bildirib.

Bir müddət öncə BMT-nin Baş katibi Antonio Quterreş Rusiya və Belarusda istehsal edilən gübrələr və Ukrayna taxılı olmadan ərzaq böhranının tam həll edilməsinin mümkün olmayacağını deyib. Onun sözlərinə görə, Rusiya məhsullarının və gübrələrinin dünya bazarlarına məhdudiyyətsiz çıxışı olmalıdır.

Qeyd edək ki, hazırda Çikaqo Əmtəə Birjasında bir ton buğdanın qiyməti 430 dollara yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.