MƏDƏNİYYƏT


Ukraynada 28 may - Respublika Günü münasibətilə onlayn konsert keçirilib VİDEO

Kiyev, 19 may, AZƏRTAC

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ukraynada 28 may-Respublika Günü münasibətilə onlayn konsert keçirilib.

Onlayn konsertdə mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, ukraynalı aktrisa, müğənni Natalya Kudryaşova Azərbaycanın klassik və bəstəkar mahnılarını səsləndiriblər. Həmçinin mərkəzin nəzdində fəaliyyət göstərən rəqs qrupu Azərbaycanın milli musiqisini ifa edib.

Bəstəkarlarımızın mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri konserti onlayn izləyən tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan musiqisinin təbliğinin önəmindən danışan Q.Abbasov AZƏRTAC-a bildirib ki, karantin dövründə onlayn konsertlər davam etdiriləcək. O, karantindən sonra Ukraynanın digər bölgələrində də konsertlərin keçiriləcəyini vurğulayıb.

Onlayn konsertin media dəstəyini AZƏRTAC həyata keçirib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.