DÜNYA


Ukraynada 9 ayda 1300-ə yaxın qətl hadisəsi baş verib

Kiyev, 10 noyabr, AZƏRTAC

Bu ilin 9 ayında Ukraynada 1241 qətl hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata müsahibəsində Ukraynanın Baş prokuroru Yuriy Lutsenko məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə 1717 quldurluq, təxminən 2000 nəfərə qarşı hücum faktı qeydə alınıb.

Hazırda Ukraynada 3 milyondan çox vətəndaş qeyri-qanuni silah gəzdirir. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin hesabatında qeyd edilir.

Baş prokuror qeyd edib ki, Ukraynada qətl hadisələrini minimuma endirmək üçün təxirəsalınmaz işlər aparılmalıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.