DÜNYA
Ukraynada A (H3N2) virusu: iki nəfər həyatını itirib
Xarkov, 17 dekabr, AZƏRTAC
Son bir həftədə Ukraynanın Xarkov şəhərində A (H3N2) qrip virusu nəticəsində 9 yaşlı uşaq və 62 yaşlı qadın dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, hər iki şəxs qripdən vaksinasiya olmayıb. Son bir həftədə Xarkovda 6608 nəfər qripə tutulub ki, onlardan 3036 (45 faiz) nəfəri uşaqdır.
Qeyd edək ki, Ukraynanın baş infeksionisti Olqa Qolubovskaya noyabrın sonlarında 2018-2019-cu epidemiya mövsümündə ötən il ABŞ-da 80 mindən çox insanın ölümünə səbəb olan A (H3N2) qrip virusunun Ukraynaya yaxınlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, bu qrip virusu çox kəskin olur. Bu virusun Ukraynada yayılma təhlükəsi böyükdür. Virusa yoluxanların uşaq və 65 yaşdan yuxarı insanlarda ölüm riski böyükdür.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]